Dünyanın ən çox satılan iPhone modeli məlum olub

“Apple’-ın keçən il satışa çıxardığı “iPhone XS”, “iPhone XS Max” və “iPhone XR” dünya miqyasında istifadəçilərin böyük marağına səbəb oldu. Bəs ən çox satılan “iPhone” modeli hansıdır?

2019-cu ilin üçüncü rübünün satış rəqəmlərinə əsaslanan hesabata görə, “iPhone XR” bu dövrdə ən çox satılan model oldu.

Müvafiq dövrdə “iPhone XS”, “iPhone XS Max” və “iPhone XR” modelləri ABŞ-da “iPhone” satışlarının 67 faizini, təkcə “iPhone XR” isə 48 faizini təşkil etdi.

Qeyd edək ki, şirkət bu ilin sentyabr ayında yeni modellər nümayiş etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır