Dünyanın ən dəyərli idman brendləri hansılardır?

“Forbes” tərəfindən yayımlanan və dünyanın idman sahəsində fəaliyyət göstərən biznes brendlərinin sıralamasını özündə əks etdirən hesabata görə ən bahalı idman brendi “Nike” seçilib. 36.8 milyard  dollarlıq brend dəyərinə malik olan “Nike” geyim sektorundakı ən yaxın rəqiblərini belə üç dəfədən artıq fərqlə üstələyib.

Gəlirinin böyük hissəsini aylıq üzvlük haqqı ödənişlərindən qazanan və 13 milyard dollarlıq brend dəyərinə malik olan “ESPN” idman kanalı siyahıda ikinci yerdə qərarlaşıb.

Üçüncü yerdə “Nike” şirkətinin ən qatı rəqiblərindən olan alman brendi “Adidas” yerləşib. “Adidas” şirkətinin dəyəri 11 milyard dollardan artıqdır.

Dördüncü yeri tutan və idman qidaları və içkiləri üzrə fəaliyyət göstərən “Gatorade” brendi 6.7 milyard dollar dəyərində qiymətləndirilib.

“Sky Sports” kanalı Böyük Britaniyada auditoriyasını 12% artırması ilə siyahıda beşinci yerə yüksəlib və 4.4 milyard dollar brend dəyərinə sahibdir.

Bu ilki hesabatın ən böyük sürprizi alman “Puma” brendinin altıncı yerdə yer alması olub. Uzun müddətdirki gəlirlərində davamlı azalma müşahidə olunan “Puma” şirkəti bu il məşhur müğənni Rihanna və atlet Usain Bolt ilə əməkdaşlıq edib. Bunun nəticəsi olaraq, “Puma” səhmlərində 74%-lik artım müşahidə olunub və brend dəyəri 4 milyard dollara çatan “Puma” ilk dəfədir ki siyahıda yer alıb.

Digər amerikan geyim brendi “Under Armour”un son iki ildə əməliyyat gəlirlərində 72%-lik azalma müşahidə olunsa da, siyahıda yeddinci mövqedə qərarlaşıb. Ümumi brend dəyəri isə 3.5 milyard dollar civarındadır.

Hesabatda son üçlükdə isə “UFC” (2.4 milyard $), “YES (1.5 milyard $) və “Reebok” (800 milyon $) brendləri yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır