Dünyanın ən bahalı logistika şirkətlərinin siyahısı açıqlanıb

İngiltərə mərkəzli beynəlxalq strateji konsaltinq şirkəti “Brand Finance” özündə logistika şirkətlərinin  dəyərinə görə sıralamasını əks etdirən “Logistics 25” hesabatını dərc edib.

Hesabata istinadən, dünyanın ən dəyərli logistika şirkəti “UPS” olub. Belə ki, şirkətin marka dəyəri ötən ilə nisbətən 33.2% artaraq, 29.3 milyard ABŞ dolları olub.

“FedEx” 33.4% bahalaşaraq, 24.2 milyard ABŞ dolları ilə ikinci yerdə qərarlaşıb. Üçüncü olan yapon “JR” şirkətinin ümumi dəyəri isə 2.6% artaraq 11.4 milyard ABŞ dolları olub. Sıralamada dördüncü və beşinci yerlər isə müvafiq olaraq, alman “DHL” (11.1 milyard $) və ABŞ mərkəzli “Union Pacific” (9.3 milyard $) logistika şirkətlərinə layiq görülüb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır