Dünyanın ən hündür oteli 2023-cü ilədək istifadəyə veriləcək

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən böyük şəhəri Dubay elə günümüzdə də dünyanın ən hündür otelinə sahib şəhər olaraq tanınır. Lakin, 2023-cü ilədək tikintisinin tamamlanması planlaşdırılan “Ciel” oteli ilə bu rekordun təzələnməsi gözlənilir.

Müqayisə üçün qeyd edək ki, hal-hazırda dünyanın ən hündür oteli 356 metr hündürlüyə və ümumilikdə 76 mərtəbəyə malik “Gevora” otelidir. Dubay Marina zonası daxilində tikintisi planlaşdırılan “Ciel” otelinin isə hündürlüyünün 360 metr, mərtəbələrinin ümumi sayının isə 82 olması planlaşdırılır. 82 mərtəbədə ümumilikdə 1200-dən çox lyuks otaqlar mövcud olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır