Dünyanın ən böyük françayzinq şirkətləri açıqlanıb

Amerikan biznes jurnalı “Entrepreneur” tərəfindən hər il hazırlanan “Franchise 500” hesabatının 2022-ci ilə olan nəticələri açıqlanıb.

Hesabata istinadən, 2019-cu ildə dünyanın ən prestijli françayzinqi beynəlxalq “fastfood” restoranlar şəbəkəsi olan “McDonalds” 2020, 2021 və 2022-ci illərdə kəskin geriləyərək on dördüncü yerdə qərarlaşıb. 1955-ci ildə françayzinq fəaliyyətinə başlayan şirkət hal-hazırda 39 mindən çox restorana sahibdir. Bu restoranların təqribi 24 mini  ABŞ ərazisindən kənarda fəaliyyətdədir. Cari dövrdə “McDonalds” restoranı açmaq üçün 1.314-2.313 milyon dollar arası ilkin investisiya və 500 min dollar həcmində nağd vəsait tələb olunur. Françayzinq rüsumu isə 45 min dollardır.

“Popeyes” fastfood şəbəkəsi  ($145 min- $786 min) siyahıda üçüncü, “The UPS Store” poçtdaşıma şəbəkəsi ($145 min- $786 min) isə ikinci yerdə qərarlaşıb. Ötən il açıqlanan siyahıda liderlik mövqeyini tutan Meksika brendi “Taco Bell” restoranlar şəbəkəsi 2022-ci ildə də liderliyini qoruyub saxlaya bilib. 1962-cü ildən françayzinq xidmətləri təklif edən şirkət hazırda 672-si ABŞ-dan kənarda olmaqla, 7567 restorana sahibdir. “Taco Bell” restoranı açmaq üçün minimum 575 min, maksimum 3.37 milyon dollar həcmində ilkin investisiya, eləcə də 750 min nağd vəsait gərəklidir.

Sıralamada ilk beşlik “Jersey Subs” ($145 min- $786 min) və “Culver’s”($2.4 milyon- $5.4 milyon) şirkətləri ilə tamamlanır.

Məlumat üçün qeyd edək ki, “Franchise 500” hesabatı françayzinq xidmətləri təklif edən şirkətlərin təyin etdiyi qiymətlər və rüsumlar, şirkətin həcmi, inkişaf tempi, xidmətlərindən istifadə edən sahibkarlara qarşı dəstəyi, brendinin gücü və maliyyə stabilliyi əsasında tərtib edilir.

Related posts

Biznes kreditlərinin həcminə görə bankların – RENKİNQİ

Aktivlərin dinamikasına görə bankların – RENKİNQİ

Fiziki şəxslərin əmanətlərinin həcminə görə bankların-RENKİNQİ

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı