Dünyanın ən böyük iqtisadiyyatı üçün növbəti inflyasiya proqnozu 9.1% oldu

Ekspertlərin ABŞ üçün növbəti inflyasiya proqnozu 9.1% olub. BBN.az xəbər verir ki, NBC News proqramının məlumatına, əsasən illik inflyasiya proqnozu ABŞ üçün iyunda isə 9.1% olub, proqnoz isə 8.8% idi, bu isə 1981-ci ilin noyabrından bəri ən yüksək göstəricidir.

Enerjinin qiymətləri 41,6% yüksəlib, 1980-ci ildən bəri ən yüksək göstəricidir, benzin 59,9%, 1980 martından bəri ən yüksək rəqəmdir, elektrikin qiyməti 13,7%, 2006-ci il aprelindən bəri ən yüksəkidir, təbii qaz 38,4%, 2005-ci il oktyabrından bəri ən yüksəkidir. 

Ölkənin Statistika Komitəsinin məlumatına görə, ərzağın qiymətləri 10.4% yüksəlib 1981-ci il fevralından bəri ən yüksəkidir.

Qiymətlər, həmçinin, sığınacaqlar üçün də yüksəlib 5.6%, 1991-ci il fevralından bəri ən böyük rəqəmdir, ev əməliyyatları üçün 9.5%, yeni nəqliyyat vasitələri üçün 11.4%, avtomobil və yük maşınları üçün 1.7%, təyyarələr üçün 34.1%.

Qeyd edək ki, bundan əvvəl ölkədə cari ilin ikinci rübündə Ümumi Daxili Məhsul (ÜDM) göstəriciləri 0.9% aşağı düşüb. Amma Yahoo Finance-nin ekspertləri isə deyirdilər ki, təkcə ÜDM göstəriciləri ölkənin iqtisadi tənəzzülə gedəcəyinin göstəricisi deyil və ABŞ-da əhalinin gəlirliliyi yüksək, işsizlik səviyyəsi aşağı olduğuna görə, ən pis ssenari gözlənilmir.

Related posts

“AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir

“142” Çağrı mərkəzində daha bir istiqamət üzrə məlumatlandırma xidməti avtomatlaşdırılıb

İİTKM İnnovasiya şöbəsinə vakansiya elan edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı