Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Dünyanın ən böyük yarımkeçirici istehsalçıları hansılardır?

Dünyanın ən böyük yarımkeçirici istehsalçıları hansılardır?

Koronavirus pandemiyasının dünya iqtisadiyyatında özünü ən çox biruzə verdiyi sahələrdən biri də yarımkeçiricilərdir. Yarımkeçiricilərin istehsalında axsamalar nəticəsində yaranan qıtlıq səbəbindən bir çox beynəlxalq elektronika istehsalçıları tələbi qarşılaya bilmirlər. Ötən il smartfon satışlarında 7%-lik gerilməyə gətirib çıxaran bu tendensiya “Ford”, “Volkswagen” kimi bir sıra nəhəng avtomobil istehsalçılarının da istehsal həcmini azaltmasına səbəb olub.

İngiltərə mərkəzli beynəlxalq strateji konsaltinq şirkəti “Brand Finance” beynəlxalq yarımkeçirici çip istehsalçılarının dəyərinə görə sıralamasını əks etdirən “Semiconductors 20” hesabatını dərc edib.

Dünyanın ən dəyərli çip istehsalçısı Kaliforniya mərkəzli “Intel” olub. Baxmayaraq ki, şirkətin brend dəyəri ötən ilə nisbətən 20% azalıb, 25.6 milyard dollar olub.

Tayvanın “TSMC” şirkəti 66% bahalaşaraq, 20.5 milyard dollar ilə ikinci yerdə qərarlaşıb. Üçüncü olan “NVIDIA” brendinin ümumi dəyəri isə 100% artaraq 16.1 milyard dollar olub.

Sıralamada dördüncü və beşinci yerlərlərə isə müvafiq olaraq, “SKHynix” (9.4 milyard $) və “Qualcomm” (7.8 milyard $) şirkətləri layiq görülüb.

2021-2022 illəri aralığında ən çox dəyər qazanan yarımkeçirici istehsalçı şirkət isə “AMD” olub. Belə ki, şirkət bu dövr ərzində 122% dəyər qazanaraq siyahıda 8-ci yerə yüksələ bilib.

Related posts

Ehtiyat ayırmalarının həcminə görə bankların – RENKİNQİ

Kredit portfelinin dinamikasına görə bankların – RENKİNQİ

Qeyri-faiz gəlirlərinə görə bankların – RENKİNQİ

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı