Dünyanın ən dəyərli neft qaz hasilatçılarının sıralaması açıqlanıb

İngiltərə mərkəzli beynəlxalq strateji konsaltinq şirkəti “Brand Finance” özündə qlobal neft qaz hasilatçılarının dəyərinə görə sıralamasını əks etdirən “Oil and Gas 50” hesabatını dərc edib.

Hesabata istinadən, dünyanın ən dəyərli neft və qaz hasilatçısı  “Shell” olub. Belə ki, şirkətin brend dəyəri ötən ilə nisbətən 18% artaraq, 49.9 milyard ABŞ dolları olub.

Trilyonluq şirkətlər siyahısına daxil olan “Saudi Aramco” şirkətinin brend dəyəri 16%-lik artımla 43.6 milyard dollara yüksəlib və ikinci yeri tutub.

Çinin “PetroChina” şirkəti  6% geriləsə də, 29.7 milyard ABŞ dolları ilə üçüncü yerdə qərarlaşıb. Dördüncü olan Çin mərkəzli “Sinopec” şirkətinin ümumi dəyəri isə 5% azalaraq 25.2 milyard ABŞ dolları olub.

Sıralamada beşinci yer isə Böyük Britaniyanın “BP” (19 milyard $) şirkətinə layiq görülüb. İlk onluq isə aşağıdakı kimi tamamlanır:

  • Total (15.1 milyard $)
  • Chevron (14.6 milyard $)
  • Petronas (12.9 milyard $)
  • ADNOC (12.8 milyard $)
  • ExxonMobil (11.2 milyard $)

Ötən il ən çox dəyər qazanan neft qaz brendi ABŞ markası olan “Devon” (199%) olub.

Sektorun ən güclü brendi isə Malayziyanın “Petronas” (AAA) markası seçilib.

Related posts

ROA və ROE əmsalına görə bankların – RENKİNQİ

Ehtiyat ayırmalarının həcminə görə bankların – RENKİNQİ

Qeyri-faiz xərclərinə görə bankların – RENKİNQİ

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı