İngiltərə mərkəzli beynəlxalq strateji konsaltinq şirkəti “Brand Finance” özündə restoran şəbəkələrinin dəyərinə görə sıralamasını əks etdirən “Restaurants 25 2022” hesabatını dərc edib.
Hesabata istinadən, sözügedən kateqoriyada dünyanın ən dəyərli şirkəti “Starbucks” olub. Şirkətin marka dəyəri ötən ilə nisbətən 18.8% artaraq, 45.7 milyard ABŞ dolları olub. “McDonald’s” 17.3% dəyərlənərək, 39.7 milyard ABŞ dolları ilə ikinci yerdə qərarlaşıb. Üçüncü olan “KFC” şirkətinin ümumi dəyəri isə 16.9% artaraq 17.6 milyard ABŞ dolları olub. Sıralamada dördüncü və beşinci yerlər isə müvafiq olaraq, “Domino’s Pizza” (7.25 milyard $) və “Subway” (7.05 milyard $) şirkətlərinə layiq görülüb.
Restoran şəbəkələrinin renkinqində ABŞ mərkəzli korporasiyalar üstünlük təşkil edir. Belə ki, ilk onluqda yer alan yeganə fərqli şəbəkə Çin mərkəzli “Haidilao” olub. Sözügedən şirkət brend dəyərini 4.65 milyard dollara çatdıraraq 10-cu yerdə qərarlaşıb.