Dünyanın ən dəyərli sığorta şirkətlərinin siyahısı açıqlanıb

İngiltərə mərkəzli beynəlxalq strateji konsaltinq şirkəti “Brand Finance” özündə sığorta sahəsində fəaliyyət göstərən şirkətlərinin  dəyərinə görə sıralamasını əks etdirən “Insurance 100” hesabatını dərc edib.

Hesabata istinadən, sözügedən kateqoriyada dünyanın ən dəyərli şirkəti “PINGAN” olub. Şirkətin marka dəyəri ötən ilə nisbətən 4% azalaraq, 42.9 milyard ABŞ dolları olub. Almaniya mərkəzli “Allianz” 15% bahalaşaraq, 23.1 milyard ABŞ dolları ilə ikinci yerdə qərarlaşıb. Üçüncü olan “China Life”  şirkətinin ümumi dəyəri isə 1% artaraq 22.9 milyard ABŞ dolları olub. Sıralamada dördüncü və beşinci yerlər isə müvafiq olaraq, “AXA” (17.2 milyard $) və “China Pacific Insurance” (15.8 milyard $) şirkətlərinə layiq görülüb.

Sığorta şirkətləri arasında son bir ildə ən çox dəyər qazanan (48%) ABŞ mərkəzli “Fidelity National Financial” şirkəti 1.6 milyard dollar ilə siyahıda 71-ci yerə yüksəlib. Siyahıda yer alan 100 şirkətin 13-ü Çin, 25-i isə ABŞ mərkəzlidir.

Related posts

Biznes kreditlərinin həcminə görə bankların – RENKİNQİ

Aktivlərin dinamikasına görə bankların – RENKİNQİ

Fiziki şəxslərin əmanətlərinin həcminə görə bankların-RENKİNQİ

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı