Qlobal biznes mühitində milyarderlərin sayı günü-gündən artmaqdadır. 2021-ci ildə ümumi milyarderlərin sayı 660 nəfər artaraq 2755-ə çatıb. “Wealth-X” analitika şirkəti tərəfindən aparılan araşdırmalara əsasən, bu göstəricinin 11.9%-ini qadınlar təşkil edir.
Sözügedən araşdırmalar nəticəsində tərtib edilən siyahıya görə, dünyanın ən zəngin qadın biznesmeni Francoise Bettencourt Meyers olub. Paris mərkəzli “L’Oréal” şirkətinin əsas səhmdarlarından olan Francoise ümumilikdə 71.4 milyard dollarlıq sərvətə sahibdir. 2018-ci ildə 42.2 milyard dollar ilə “Forbes” milyarderləri renkinqində 18-ci yerdə qərarlaşan Francoise 2021-ci ildə 12-ci pilləyə yüksəlib.
Siyahıda ikinci yerdə qərarlaşan Alice Walton ABŞ-ın nəhəng supermarketlər şəbəkəsi “Walmart”ın təsisçisi Sam Waltonun qızıdır və hazırda korporasiyada paya sahibdir. Ümumi siyahıda 12-ci yerdə qərarlaşan Alice 68 milyard dollarlıq sərvətə malikdir.
“Amazon” şirkətinin təsisçisi Jeff Bezosun keçmiş həyat yoldaşı MacKenzie Scott isə 2021-ci ildə xalis sərvətini 17 milyard dollar həcmində artıraraq siyahıda üçüncü yerdə qərarlaşıb.
Dünyanın ən zəngin 10 qadın milyarderinə aşağıdakı siyahıdan nəzər sala bilərsiniz:
Ad və soyad | Ümumi sərvət | Ölkə |
Francoise Bettencourt Meyers | $71.40 | Fransa |
Alice Walton | $68.00 | ABŞ |
MacKenzie Scott | $54.90 | ABŞ |
Julia Koch | $44.90 | ABŞ |
Yang Huiyan | $31.40 | Çin |
Jacqueline Mars | $28.90 | ABŞ |
Susanne Klatten | $25.80 | Almaniya |
Zhong Huijuan | $23.50 | Çin |
Laurene Powell Jobs | $22.10 | ABŞ |
Iris Fontbona | $21.00 | Çili |