Dünyanın ilk AAV hava limanı il sonunadək istifadəyə veriləcək

Çin mərkəzli dron və avtonom hava nəqliyyatı istehsalçısı “EHang” avtonom hava nəqliyyat vasitələri (AAV) üçün ilk hava limanının tikintisinə başlayıb. Çinin Hezhou şəhərində inşasına başlanan bu hava limanı 3 mərtəbədən ibarət olmaqla ümumilikdə 2500 kvadrat metrlik ərazini əhatə edəcək. Hava limanının çardağında düzəldiləcək eniş sahələrinin hesabına dörd fərqli AAV eyni anda limandan hərəkət edə biləcəklər. “EHang” hava limanı və istehsalına başladığı 20 AAV vasitəsilə Hezhou şəhərində turizm fəaliyyətini inkişaf etdirməyi planlaşdırır. Yeni hava limanının 2020-ci ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.

Qeyd edək ki, “EHang” tərəfindən istehsal edilən iki sərnişin oturacağına malik avtonom hava nəqliyyat vasitələri mart ayında Norveç və İspaniyada sınaq mərhələsini uğurla tamamlayıb. Bu uğur isə, şirkətin səhm dəyərini bir ay ərzində 10 dollar civarından 12.73 dollar səviyyəsinə qaldırıb.

Related posts

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

“Uşaq Qaynar Xətti”nə son altı ayda 851 müraciət daxil olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı