DW Business: “Niderland iqtisadiyyatı tənəzzüldədir”

Çərşənbə günü açıqlanan rəsmi rəqəmlərə əsasən Niderland iqtisadi tənəzzüldədir və ardıcıl 2 rübdə neqativ inkişaf göstəriciləri nümayiş etdirib. 

BBN.az bu haqda DW Business nəşrinə istinadən xəbər verir. Nəşrin məlumatına əsasən ölkə cari ilin I rübündə 0.4%, II rübdə isə 0.3% kiçilib. Statistik rəqəmlərə görə niderlandlıların geyim və mebelə xərcləri azalsa da, əyləncə üçün isə xərcləri artıb. Ölkədə ixrac azalıb, idxal isə artıb. Digər ölkələrdə olduğu kimi burada da inflyasiya yüksəlib, əsas faiz dərəcələri artıb. Rusiyanın Ukraynaya hərbi hücumundan sonra isə ölkə ucuz rus neft və qazını almaqdan imtina edib. 

Niderland belə bir təcrübə ilə Avropanın ən böyük iqtisadiyyatının olduğu texniki tənəzzülün hökm sürdüyü Almaniyanı izləyir. Fransa və Belçikada isə müvafiq olaraq 0.5% və 0.2%-lik inkişaf qeydə alınıb.  

Qeyd edək ki, bildirilir ki, Niderland pandemiyadan sonra digər Avropa ölkələri ilə müqayisədə daha tez möhkəmlənə bilmişdi. Ancaq son dövrlərə qədər artım tempini davam etdirə bilməyib.

Related posts

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı