Home » e-sosial.az portalı və “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) layihələri mükafata layiq görülüb

e-sosial.az portalı və “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) layihələri mükafata layiq görülüb

by bbnadm
0 rəy 31 baxış 1 dəqiqə oxuma

“İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti – 2023”  çərçivəsində keçirilən müsabiqənin (Cenevrə) “Çempion layihə”ləri seçilən İKT layihələri üzrə mükafatların təqdimetmə mərasimi keçirilib.

Müsabiqədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iki innovativ sosial layihəsi – e-sosial.az portalı və “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) də uğur qazanaraq “Çempion layihə”lər elan olunub. 

Mərasimdə hər iki mükafat Nazirliyin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərova təqdim edilib.

Xatırladaq ki, BMT-nin İKT üzrə ixtisaslaşmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının keçirdiyi müsabiqədə müxtəlif ölkələrdən 18 kateqoriya üzrə 900 layihə iştirak edib.

E-sosial.az internet portalı 2019-cu ildə istifadəyə verilib və ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlar barədə toplanmış bütün sosial məlumatlara real vaxt rejimində çıxış və sosial-əmək hüquqlarının təminatına nəzarət imkanı verir. 

2022-ci ilin may ayında istifadəyə verilən ƏMAS isə əmək münasibətləri zamanı kağız üzərində aparılan bütün əməliyyatların rəqəmsal müstəviyə keçidini, əmək və məşğulluq sahəsində xidmətlərin çevikliyini, şəffaflığını və səmərəliliyini  təmin edən vahid əmək münasibətləri platformasıdır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.