E-sosial.az portalında qeydiyyatdan keçmiş aktiv istifadəçilərin sayı 879 minə çatıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalında qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı bu il də artmaqda davam edərək  879 minə çatıb.

 2019-cu ildən istifadəyə verilən portal vətəndaşlara onlar barədə toplanmış sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) çıxış imkanı yaradır. Eyni zamanda, hər kəs e-sosial.az portalında özü barədə portalda toplanmış məlumatları mütəmadi izləyə, yaranan sosial-əmək hüquqlarının təminatı prosesinə nəzarət edə bilir.

Eləcə də portal hər kəsə hüquqları yarandığı təqdirdə 100-dən çox sosial xidmət növündən çevik rejimdə yararlanmaq imkanı verir.

Qeyd olunanlar portala böyük maraq yaradır. Təkcə bu ilin ilk rübündə e-sosial.az portalına 3,5 milyon dəfə müraciət qeydə alınıb.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı