EBRD-nin Bakı ofisinin rəhbərliyində dəyişiklik

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Bakı ofisinin direktoru Nil Makkeyn (Neil McKain) iş yerini dəyişib. Bundan sonra N. Makkeyn EBRD-nin Bişkek (Qırğızıstan) ofisinin direktoru kimi fəaliyyət göstərəcək.

Hazırda EBRD-nin Bakı ofisinin direktoru vəzifəsinə təyinat yoxdur.

Qeyd edək ki, N. Makkeyn Azərbaycanda 5 ilə yaxın çalışıb.

Mənbə: apa.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır