Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
EBRD ötən il Azərbaycandakı layihələrə 81 milyon avro ayırıb - BBN

EBRD ötən il Azərbaycandakı layihələrə 81 milyon avro ayırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) 2025-ci ildə Azərbaycandakı 10 layihənin maliyyələşdirilməsi üçün 81 milyon avro ayırıb.
Ötən il dekabrın 31-nə EBRD-nin Azərbaycandakı layihələr üçün hazırkı kredit portfeli 906 milyon avro olaraq qiymətləndirilib və bunun da 40 %-i özəl sektorun payına düşüb.

Hazırda 36 layihə aktivdir.

EBRD-nin məlumatına görə, hazırkı portfelin əksəriyyəti, yəni 90 %-i (812 milyon avro) davamlı infrastrukturun inkişafına, 7 %-i (64 milyon avro) maliyyə institutlarına, digər 3 %-i (30 milyon avro) isə korporativ sektora yönəldilib.

Ümumilikdə, bank Azərbaycandakı 201 layihəyə 3,648 milyard avro investisiya qoyub.

Bankın ölkədəki əməliyyat aktivləri 31 dekabr 2025-ci il tarixinə 695 milyon avro təşkil edib.

2024-cü ildə EBRD ölkəyə səkkiz layihənin maliyyələşdirilməsi üçün ümumilikdə 199 milyon avro məbləğində kredit verib ki, bu da 2023-cü illə müqayisədə 27,6 % (43 milyon avro) artım deməkdir.

Son 7 il ərzində (2019-2025-ci illər) bank Azərbaycanda 48 layihənin həyata keçirilməsinə 590 milyon avro ayırıb.

Related posts

AMB-nin departament rəhbəri: Bank sektorunda dayanıqlılığın artırılması prioritetdir – MÜSAHİBƏ

Azərbaycan Mərkəzi Bankı: Kredit reytinq agentlikləri kapital bazarlarının inkişafına təkan verəcək

Bakı Fond Birjasında “Yerli Kapital Bazarlarında Yeniliklər və Gələcək Əməkdaşlıq İmkanları” mövzusunda tədbir keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı