Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“EBRD”nin prezidenti və “Bank Respublika”nın rəhbərliyi növbəti irihəcmli müqavilə imzalayıb - BBN

“EBRD”nin prezidenti və “Bank Respublika”nın rəhbərliyi növbəti irihəcmli müqavilə imzalayıb

Ölkənin aparıcı banklarından biri olan Bank Respublika və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) növbəti əhəmiyyətli müqavilə imzalayıb. Qeyd etmək lazımdır ki, iki qurum arasında əməkdaşlıq 2004-cü ildən davam edir. Bu müddət ərzində əməkdaşlığı inkişaf etdirərək bir sıra mühüm anlaşmalara imzalar atılıb.

Yeni saziş çərçivəsində EBRD Bank Respublika üçün Azərbaycanda kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəldlmiş ticarətin maliyyələşdirilməsi proqramını (TFP) genişləndirəcək.

Anlaşma Azərbaycan müəssisələrinin ticarət fəaliyyətini stimullaşdırmaq və beynəlxalq bazarlara daha yaxşı inteqrasiya etmək üçün nəzərdə tutulub. Proqram “Bank Republika”ya ticarətin maliyyələşdirilməsi sahəsində imkanlarını artıracaq və sahibkarlara idxal və ixrac ticarətinə çıxışlarını genişləndirmək üçün lazım olan dəstəyi təmin edəcək

“Mən Bakıda olmaqdan və Azərbaycanda olan çoxdankı tərəfdaşımız Bank Respublika ilə bu müqaviləni şəxsən imzalamaqdan çox məmnunam. Biz tərəfdaş bankımıza ölkə üzrə şirkətlərə ticarətin maliyyələşdirilməsi üzrə verdiyi dəstəyi genişləndirməkdən məmnunuq. Əminəm ki, bizim sıx əməkdaşlaığımız Azərbaycanda xarici ticarətin inkişafına öz töhfəsini verə biləcək”- EBRD-nin prezidenti Odil Renaud-Basso bildirib.

Biz EBRD-nin Azərbaycanda əsas tərəfdaş bankı olmaqdan qürur duyuruq. EBRD ilə tərəfdaşlıq bizim mövqeyimizi gücləndirərək, mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini genişləndirməyə, həmçinin ölkədə ticarətin maliyyələşdirilməsini dəstəkləməyə imkan verdi. Əminik ki, EBRD-nin prezidenti xanım Odil Renaud-Basso ilə imzalanan sayca 19-cu müqavilə əməkdaşlığımızı gələcəkdə yeni və daha yüksək səviyyəyə qaldıracaq ”- deyə “Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov qeyd edib.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Related posts

Azərbaycan Mərkəzi Bankı: Kreditləri ən yaxşı və ən pis ödəyən rayon və şəhərlərin adları açıqlanıb

Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir

AMB-də fintex ekosisteminin institusional əsasları müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı