Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ECB prezidenti Kristin Laqard səlahiyyət müddətini vaxtından əvvəl başa vura bilər – FT - BBN

ECB prezidenti Kristin Laqard səlahiyyət müddətini vaxtından əvvəl başa vura bilər – FT

Avropa Mərkəzi Bankının (ECB) prezidenti Kristin Laqard vəzifəsini 2027-ci ildən əvvəl tərk etməyi planlaşdırır. Bu barədə Financial Times qəzeti məlumat yayıb.
BBN.az xəbər verir ki, Laqard Fransada 2027-ci ilin yazında keçiriləcək prezident seçkilərindən əvvəl istefa verə bilər. Məqsəd hazırkı Fransa Prezidenti Emmanuel Makrona öz varisinin seçilməsində təsir imkanının saxlanılmasıdır. Laqardın hazırkı mandatı 31 oktyabr 2027-ci ildə başa çatır.
FT-nin məlumatına əsasən, bəzi dairələrdə Fransada ifrat sağ qüvvələrin hakimiyyətə gəlməsi ehtimalı ilə bağlı narahatlıq mövcuddur. Bu isə Avropanın ən mühüm maliyyə institutlarından birinə rəhbər seçimi prosesini çətinləşdirə bilər.
ECB sözçüsü isə bildirib ki, “Prezident Laqard öz missiyasına tam fokuslanıb və mandatının vaxtından əvvəl başa çatdırılması ilə bağlı hər hansı qərar qəbul etməyib.”
Varis kim ola bilər?
Qeyd olunur ki, Avrozonaya daxil olan 21 ölkənin liderləri ECB prezidentinin seçilməsində iştirak etsə də, praktika göstərir ki, namizədin həm Almaniya, həm də Fransa tərəfindən dəstəklənməsi həlledici rol oynayır.
Hazırda rəsmi namizəd yoxdur. Lakin mümkün namizədlər arasında aşağıdakı adlar çəkilir:
•Niderland Mərkəzi Bankının sabiq rəhbəri Klaas Knot
•Beynəlxalq Hesablaşmalar Bankının (BIS) baş meneceri Pablo Hernandez de Cos
Xatırladaq ki, Kristin Laqard 2019-cu ildən ECB-yə rəhbərlik edir. O, bundan əvvəl 2011–2019-cu illərdə Beynəlxalq Valyuta Fondunun (IMF) icraçı direktoru, daha əvvəl isə Fransanın maliyyə naziri vəzifəsində çalışıb.

Related posts

“Google” ABŞ-da məlumat mərkəzləri üçün yeni müqavilə imzalayıb

ABŞ–İran danışıqları neft bazarını sakitləşdirdi

“Fitch” ABŞ-də büdcə kəsiri ilə bağlı xəbərdarlıq edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı