Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Economist Intelligence Unit” dünyanın ən bahalı və ucuz şəhərlərinin TOP 10-nu açıqladı - BBN

“Economist Intelligence Unit” dünyanın ən bahalı və ucuz şəhərlərinin TOP 10-nu açıqladı

Economist Intelligence Unit-in (EIU) illik sorğusuna görə, dünyanın ən bahalı şəhərlərinin siyahısında birinci və ikinci yerləri müvafiq olaraq Nyu-York və Sinqapur tutub.

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, “Economist Intelligence Unit”dən bildirilir ki, Nyu York birinci dəfədir ki, TOP 1 yerdədir, belə ki, ötən ilin birincisi Təl-Əviv şəhəri idi, hazırda isə 3-cü yerdədir. Ümumilikdə, 2022-ci ildə dünyanın ən böyük şəhərlərində orta yaşam xərcləri 8.1% artıb. Xərclərin artmasında əsas səbəblər isə Ukrayna müharibəsi və COVID-dən dolayı təchizat qıtlığı olub. Xüsusilə inflyasiyanın daha yüksək olduğu şəhər İstanbuldur, qiymətlər 86% artıb, Buenos-Ayres-də 64% və Tehranda 57% artıb. 

2022-ci ildə ən bahalı şəhərlər TOP 10 sıralamasında müvafiq olaraq, Nyu-York, Sinqapur, Təl-Əviv, Honkonq, Los-Anceles, Zürix, Cenevrə, San-Fransisko, Paris, Sidney,  Kopenhagen olub.

Nisbətən daha ucuz şəhərlər isə, Kolombo (161), Banqalor (161), Əlcəzair (161), Çennai (164), Əhmədabad (165), Almati (166), Karaçi (167), Daşkənd (168), Tunis (169), Tehran (170), Tripoli (171), Dəməşq (172) olub. 

Related posts

ABŞ-da emal olunmuş qida tərkiblərinin təhlükəsizlik statusu yenidən nəzərdən keçirilə bilər

Bakı Fond Birjası Azərbaycanda kapital bazarlarının inkişafına həsr olunmuş beynəlxalq forumda iştirak edib

Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaşlıq edəcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı