“ƏDV geri al” mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə də tətbiq ediləcək.
Bu dəyişiklik Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə edilmiş yenilikdə öz əksini tapıb.
Fiziki şəxslər Azərbaycan ərazisində pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən aldıqı mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də bərbərxana, gözəllik salonu və kosmetoloji xidmətlərə görə ödənilən ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək.