Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Əhalinin banklardakı əmanətlərinin 63,7%-i milli valyutada qoyulub - BBN

Əhalinin banklardakı əmanətlərinin 63,7%-i milli valyutada qoyulub

Mərkəzi Bankın məlumatına görə əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 15,9% artaraq, 2023-cü il sentyabr ayının 1-nə milli valyuta ekvivalentində 12 milyard 580,1 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən BBN.az-a bildirilib ki, əmanətlərin 63,7%-i milli, 36,3%-i xarici valyutada qoyulub.

Milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22,4%, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 5,8% artıb.

Sentyabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,82 (1,84) manata, 100 türk lirəsinə 6,30 (7,86) manata, 100 rus rubluna 1,76 (2,08) manata bərabər olub.

Related posts

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Azərbaycan Respublikasının Mərkəzi Bankının 168 günlük Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 günlük Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı