Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Elektron məlumat mübadiləsi məsələləri müzakirə edilib - BBN

Elektron məlumat mübadiləsi məsələləri müzakirə edilib

Martın 15-də Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi” çərçivəsində görülmüş işlərlə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) və Elm və Təhsil Nazirliyinin nümayəndələrinin iştirakı ilə videokonfrans formatında görüş keçirilib. Tədbirdə “Yol Xəritəsi”nin 2.2.1-ci bəndində nəzərdə tutulmuş kommersiya hüquqi şəxslərin qeydiyyat prosesi zamanı elektron mübadilənin təmin edilməsi, DVX-nin informasiya sisteminə inteqrasiya edilməsi zərurəti olan sənədlər və bunun üçün texniki imkanların yaradılması kimi məsələlər müzakirə edilib.

İştirakçılar arasında elektron məlumat bazalarının mövcud vəziyyəti, inteqrasiya ilə bağlı qarşıda duran texniki həllər, mübadiləsi nəzərdə tutulan məlumatlar üzrə proseslər xəritəsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb. İnteqrasiya zərurəti yaranmış sənədlərin siyahısı və məlumat mübadiləsini təmin edəcək elektron sistem üçün tələb olunan texniki məsələlər görüş iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbir zamanı məlumat bazalarının müəyyən olunmuş müddətlər çərçivəsində əlaqələndirilməsi üçün texniki imkanın yaradılması istiqamətində zəruri işlərin görülməsi razılaşdırılıb.

Related posts

Azərbaycan və Belarus turizm sahəsində əməkdaşlığı gücləndirir

“Azerconnect Group” “mygov” platformasına qoşulub

SOCAR-ın ABŞ şirkətləri ilə birgə həyata keçirdiyi layihələr barədə fikir mübadiləsi aparılıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı