Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Elektron sistemlər il ərzində 200 minədək təyinatın e-qaydada aparılmasına imkan verir - BBN

Elektron sistemlər il ərzində 200 minədək təyinatın e-qaydada aparılmasına imkan verir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ildə 21 sosial təminat növü üzrə elektron təyinat sistemi qurularaq işə salınıb.

Belə ki, ötən ilin əvvəlindən yaşa və əlilliyə görə pensiya növlərinin təyinatı avtomatlaşdırılmaqla, il ərzində daha 19 müavinət-təqaüd növü üzrə e-təyinat sistemləri də fəaliyyətə başlayıb. Onların sırasına uşağın doğulmasına görə birdəfəlik müavinət, əlilliyə, yaşa görə və sağlamlıq imkanları məhdud uşağa, şəhid ailəsi üzvlərinə, şəhidlərin, müharibə əlillərinin, 20 Yanvar əlillərinin, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına aylıq müavinət, şəhid ailələrinə, həmçinin fəxri adlara görə Prezidentin aylıq təqaüdü  və s. kimi müavinət və təqaüd növləri daxildir.

Ötən il 15 mindən çox şəxsə e-qaydada pensiya, son aylarda fəaliyyətə başlayan e-təyinat sistemləri vasitəsilə isə artıq 20 mindən çox şəxsə e-qaydada müavinət-təqaüd təyin edilib.

Ümumilikdə 2019-cu ildə qurulan elektron sistemlər il ərzində sosial təminat növləri üzrə 200 minədək təyinatın elektron qaydada həyata keçirilməsinə imkan verir.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı