Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Əli Əsədov: "ÜDM-də qeyri-neft-qaz sektorunun payı 80 %-i keçəcək" - BBN

Əli Əsədov: “ÜDM-də qeyri-neft-qaz sektorunun payı 80 %-i keçəcək”

Əgər 2022-ci ildə Azərbaycanın ümumi daxili məhsulunda (ÜDM) qeyri-neft-qaz sektorunun payı 52 % olubsa, 2025-ci ildə bu rəqəm 72 %-ə çatıb, 2029-cu ildə isə 80 %-i keçəcək.

BBN.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında – gələn ilin büdcə zərfinin III oxunuşda müzakirəsində bildirib.

“Azərbaycan iqtisadiyyatı son illərdə texnoloji modernləşmə və rəqəmsal transformasiya mərhələsinə daxil olub. İqtisadi artımın keyfiyyət göstəriciləri yüksəlmiş, iqtisadi infrastrukturun müasirləşdirilməsi, innovasiya və rəqəmsallaşma əsas prioritetə çevrilib. Ortamüddətli dövrdə iqtisadiyyatımızın aparıcı qüvvəsi qeyri-neft sektoru olacaq”, – deyə o qeyd edib.

Related posts

Mərkəzi Bankda Sahibkarlarla Əməkdaşlıq Şurasının iclası keçirilib

Bank of Baku-nun Gəncədə 2-ci filialı – “KOB Gəncə” fəaliyyətə başladı

AccessBank QSC ManageEngine Endpoint Central tenderi elan edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı