Əlilliyi olan gənclərin sosial-iqtisadi fəallığına dəstək göstərilir

5 saylı Bakı DOST Mərkəzində növbəti şəbəkələşmə görüşü baş tutub. Görüşdə Tələbələrin Akselerasiya Proqramına (TAP) cəlb olunan Bakı və Sumqayıt şəhərləri üzrə 20-yə yaxın universitetin tələbə və məzunları, peşəkar təlimçilər və layihə komandası iştirak edib. Tədbir DOST Agentliyi, UNICEF Azərbaycan və Dövlət Məşğulluq Agentliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Əlilliyi olan gənclərin sosial-iqtisadi fəallığına dəstək” layihəsi çərçivəsində keçirilib.

 

Motivasiya və sosiallaşma xarakteri daşıyan görüşdə müxtəlif interaktiv və intellektual oyunlar keçirilib, iştirakçıları maraqlandıran mövzular müzakirə edilib. Məqsəd əlilliyi olan gənclərin əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinə çevrilməsi, məşğulluq imkanlarının və bacarıqlarının artırılması, müvafiq təcrübə imkanlarının yaradılması, əlilliklə bağlı cəmiyyətdə mövcud olan mənfi davranış və stereotiplərin dəyişdirilməsidir.

 

Qeyd edək ki, layihə UNICEF-in Azərbaycan üzrə “2021-2025-ci illər üçün ölkə proqramı” və UNICEF Azərbaycan ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında imzalanmış “Sosial müdafiə və uşaq müdafiəsi üzrə 2023-2024-cü illər üçün dövri fəaliyyət planı”na əsasən icra edilir.

Related posts

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin əhaliyə birgə müraciəti

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı