Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı ekspertlərlə daha bir görüş keçirildi

Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi Komissiyasının ekspertlər səviyyəsində görüşləri davam edir. Daha bir görüş “Görmə qabiliyyəti məhdud olan şəxslər üçün mövcud şərait, yaradılmış imkanlar və çətinliklər” mövzusunda keçirilib.

DOST Agentliyinin inzibati binasında baş tutan görüşdə ekspert qismində Gözdən Əlillər ictimai Birliyinin nümayəndəsi Reyhan Cəfərova, Əlil Təşkilatları İttifaqının nümayəndəsi Bəybəla İbadullayev, həmçinin Komissiya üzvləri Şahin Zülfüqarov, Aygün Musayeva, Şahin Əliyev, Zəhra Həsənova, Elmira Əliyeva iştirak ediblər. Ekspertlər tərəfindən səsləndirilən təkliflər Komissiya üzvləri tərəsindən dinlənilib, Komissiyanın fəaliyyəti ilə bağlı müəyyən qeydlər aparılıb və 2023-cü ilin hesabat nəticələri üçün məlumatlar əldə edilib.

Related posts

Şərq Tərəfdaşlığı ölkələrinin İKT və kibertəhlükəsizlik assosiasiyaları arasında əməkdaşlıq imkanları müzakirə edilib

“AzerGold” QSC tərəfindən Daşkəsəndə növbəti vətəndaş qəbulu keçirilib

DSMF-nin xərcləri 14 faiz və ya 410 mln. manat artaraq 3 mlrd. 419 mln. manat təşkil edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı