Elm və dəstək layihələrinin maliyyələşdirilməsi ilə bağlı onlayn tədbir keçiriləcək

Noyabrın 12-də, saat 11:00-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə KOB-ların elm və dəstək layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş müsabiqə ilə bağlı məlumatlandırıcı vebinar keçiriləcək.

Tədbirin təşkilində məqsəd müsabiqənin şərtləri, lazım olan sənədlər və layihələrin qiymətləndirilməsi prosesi barədə KOB subyektlərini məlumatlandırmaq, onları maraqlandıran sualları cavablandırmaqdır.

KOB subyektləri aşağıda linkə daxil olmaqla tədbirdə iştirak edə bilərlər: 

https://zoom.us/j/91886385301?pwd=a0NnemxnRVhXVGlUbSttcFNqUG95UT09

Meeting ID: 918 8638 5301

Passcode: 852909

Qeyd edək ki, mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar elm və dəstək sahələri üzrə layihələrin maliyyələşdirilməsinə dair KOBİA tərəfindən elan edilmiş müsabiqəyə sənəd qəbulu noyabrın 15-də başlanılır. Hər bir layihə üzrə maliyyələşdirilmə məbləği 20 min manata qədərdir. Müsabiqə ilə bağlı ətraflı məlumat üçün: https://bit.ly/3H909ef

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı