Elmar Mirsalayev: “2024-cü ilin yekununda sığorta yığımlarının 1 milyard 400 milyon manatı ötəcəyini ehtimal edirik”

“Bu gün əminliklə deyə bilərəm ki, sığorta sektorumuz davamlı və dayanıqlı böyümə xətti üzrə sağlam addımlarla irəliləyir. Bu böyümə tendensiyasını növbəti dövrlərdə də müşahidə edəcəyimizə inanıram”.  

BBN.az xəbər verir ki, bu sözləri Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktoru Elmar Mirsalayev Xalq qəzetinə müsahibəsində bildirib.  

Onun sözlərinə əsasən ölkə iqtisadiyyatının va maliyyə sisteminin əsas böyümə və hədəf indikatorlarını müəyyənləşdirən və ölkə başçısı tərəfindən təsdiqlənmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədlərində sığorta sektoru üçün böyümə hədəfi 10 faiz həcmində müəyyənləşdirilmişdir: 

“Bildirmək istəyirəm ki, sığorta sektoru olaraq artıq ikinci ildir ki, biz bu hədəf minimumunu üstələyirik. Belə ki, 2022-ci ildə bazar böyüməsi 15 faiz, 2023-cü ildə isə 26% faiz həcmində olub. 

Əminliklə bildirim ki, cari ilin yekun nəticələrində bu böyümə trendi bir tendensiya kimi davam edəcək. Proqnozlara gəldikdə isə, 2024-cü ilin yekununda sığorta yığımlarının 1 milyard 400 milyon manatı ötəcəyini ehtimal edirik. Bu da ötən ilin nəticələri ilə müqayisədə 10 faizdən çox böyümə deməkdir”, – deyə icraçı direktor müsahibəsində qeyd edib.  

Related posts

Unibank Mastercard kartınla iHerb-dən 30 %-lik endirim qazan!

Maliyyə Nazirliyinin 1092 günlük istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Maliyyə Nazirliyinin 364 günlük qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı