Elmi-praktiki konfransın vaxtı dəyişdirilib

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi, DOST Agentliyinin 5 illiyinə həsr olunmuş “Sosial sahədə müasir dövlət xidmətlərinin formalaşmasının elmi paradiqması” mövzusunda elmi-praktiki konfransın vaxtı dəyişdirilib. Konfrans dekabrın 20-də Bakı Dövlət Universitetində baş tutacaq. Konfrans materialları jurnal formasında Bakı Dövlət Universiteti və DOST Agentliyinin rəsmi saytlarında yerləşdiriləcək (2023), eləcə də çap formatında nəşr olunacaq (2024).

Konfransda iştirak etmək istəyən şəxslər məqalələrini 15 dekabr 2023-cü il tarixinə qədər conference_2023@sosial.gov.az elektron poçt ünvanına göndərə və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakı şəhəri, İsmayıl Qutqaşınlı küçəsi 86 ünvanına birbaşa təqdim edə bilərlər.

Konfransda iştirak, məqalə və tezislərin təqdim edilmə qaydaları və digər əlavə məlumatları bu keçid vasitəsi ilə əldə etmək mümkündür.

Related posts

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

İsraillə iqtisadi əlaqələr müzakirə olunub

Rusiya ilə iqtisadi əlaqələr müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı