Elmi tədqiqat institutları karantin rejimində fəaliyyətlərini davam etdirirlər

Respublika ərazisində karantin rejimi elan olunan gündən etibarən Aqrar Elm və İnnovasiya Mərkəzi yerli strukturları ilə  məsafədən idarəetmə qaydalarının tətbiqinə başlayıb. Yaz-tarla işləri başladığı üçün cari tapşırıqların icra olunması votsap qrupları, qarşıya çıxan problem və qayğıların həll olunması isə videokonfranslar vasitəsi ilə həyata keçirilir. Elmi tədqiqat institutları, regional aqrar elm və innovasiya mərkəzləri fermerlər üçün telefon, votsap vasitəsi ilə məsləhətlərin verilməsini həyata keçirir, mövsümi qulluq tədbirləri ilə bağlı videotəlimlər hazırlayaraq yayırlar.

Aqrar Elm və İnnovasiya Mərkəzində növbəti videokonfrans elmi tədqiqat institutlarının direktorları ilə keçirilib. Videokonfransda mərkəzin direktoru İmran Cümşüdov, direktor müavinləri Fərman Kərimov, Samir Süleymanov, Əkbər Abbasov və institut direktorları iştirak ediblər. Əkinçilik ETİ-nin direktoru Faiq Xudayev, Üzümçülük və Şərabçılıq ETİ-nin direktoru Vüqar Səlimov, Tərəvəzçilik ETİ-nin direktoru Elmar Allahverdiyev, Baytarlıq ETİ-nin direktoru Siyalə Rüstəmova, Heyvandarlıq ETİ-nin direktoru Mahir Hacıyev, Meyvəçilik və Çayçılıq ETİ-nin direktoru İlham Qurbanov, Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru Elçin Xəlilov institutlarda aparılan elmi tədqiqat işlərinin vəziyyəti, təcrübə stansiyalarında aparılan yaz-tarla işlərinin gedişatı haqqında ətraflı hesabat verib, davam edən karantin günlərində həyata keçiriləcək tədbirlər haqqında çıxış ediblər.

Videokonfransda yaz-tarla işlərinin Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi xüsusi karantin rejiminə uyğun təşkil olunması, fermerlər üçün məsafədən maarifləndirmə təlimlərinin daha da gücləndirilməsi,  payızlıq əkinlərdə vegetasiya mərhələsinin təhlili, idarəetmə prosesində innovativ həllərin tətbiqi və digər cari məsələlər müzakirə olunub.

Respublika ərazisində karantin rejimin davam etməsinə baxmayaraq institutların iş rejiminin fasiləsiz təmin olunması ilə bağlı tapşırıqlar verilib.

Videokonfransda digər cari məsələlər də ətraflı müzakirə olunub.   

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı