Elon Mask “Twitter” üçün təklifini irəli sürüb

Sosial media nəhənglərindən olan “Twitter” son günlərdə dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Bunun əsas səbəbi isə, elektromobil istehsalçısı  “Tesla” şirkətinin təsisçisi Elon Maskın şirkəti tərkibinə qatmaq istəməsidir. Elon Mask 4 aprel tarixində sözügedən sosial media qurumunun 9.2%-lik səhm payını satın alaraq şirkətin ən böyük paya sahib səhmdarına çevrilib. 2.9 milyard dollar məbləğində dəyərləndirilən bu satınalmadan sonra “Twitter” səhmlərinin birja dəyəri 26% yüksəlib.

Hazırda isə, Elon Mask “Twitter” səhmlərinin bütövlükdə satın almaq üçün təklif irəli sürüb. Ümumilikdə, 37 milyard dollarlıq bazar kapitalizasiyasına malik  “Twitter” üçün Elon Mask səhmbaşına 54.2 dollar olmaqla ümumilikdə 43 milyard dollara yaxın məbləğ təklif edib. “Twitter” səhmlərinin birja dəyəri təklifdən dərhal sonra 10.7%-lik artım göstərib.

“Twitter” şirkətinin Baş İcraçı Direktoru Paraq Aqraval çağırdığı iclasda şirkət nümayəndələrinə açıqlamasında bildirib ki, təklif idarə heyəti tərəfindən müzakirə edilir və yaxın zamanda qərar açıqlanacaq.

Related posts

AİB Azərbaycanda ilk dəfə dövlət sektoruna kredit ayırıb

“İnvestisiya səyahəti” tədbiri bu dəfə Masallıda

Türkiyə kapitallı şirkətə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı