Elon Musk Çində avtonom sürücülük texnologiyası üçün danışıqlar aparır

ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla şirkətinin sahibi Elon Musk, avtopilot texnologiyasının təkmil versiyası olan avtonom idarəetmə texnologiyasını işə salmaq üçün Çində siyasi rəsmilərlə görüşdü.

BBN.az ölkənin Nazirlər Kabineti kimi fəaliyyət göstərən Dövlət Şurasının verdiyi açıqlamaya əsaən xəbər verir ki, Musk Pekində Çinin Baş naziri Li Jiang ilə görüşüb.

Görüş zamanı Baş nazir Li Çinin geniş miqyaslı bazarının hər zaman xarici şirkətlər üçün açıq olacağını bəyan edib və onların bazara daha çox çıxış və daha yaxşı xidmət təminatı təmin edəcəklərini vurğulayıb.

Li, Teslanın Şanxayda qurduğu “giqa fabriki”nin və ölkədəki satış uğurunun Çin və ABŞ arasında iqtisadi və ticari əməkdaşlığın “uğur nümunəsi” olduğunu vurğuladı.

Related posts

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı