Elon Musk məhkəmə çəkişmələrindən sonra Twitter-i almağa hazırlaşır

Dünyanın ən varlı insanı Elon Musk uzun müddət davam edən məhkəmə çəkişmələrindən sonra, sosial media nəhəngi Twitter-in hər səhmini 54.20 dollar, ümumilikdə 44 milyard dollar, yaxud 38.4 milyard funt sterlinqə almağa hazırlaşır.

BBN.az Sky News-a istinadən xəbər verir ki, biznesmenin təklif etdiyi dəyər orijinal qiymətdir və o, sosial media platforması ilə bağlı planlarına da işarə edib. 

Tərəflər arasında razılığın bərpa olunması xəbərindən sonra, Musk deyib ki, Twitter-i almaqla o, özünün X layihəsini həyata keçirəcək, bu isə hər şeyin daxil olduğu tətbiq olacaq.

O, qeyd edib ki, platformanın alınması onun X layihəsini 3 yaxud 5 il irəli aparıb, “mən səhv edə bilərəm”, – deyə Musk əlavə edib. Daha sonra isə heç bir detal verməyib.

X layihəsinin arxasında isə super tətbiq ideyası dayanır, burada mesajlaşma, sosial media, ödənişlər, reklam gəlirlərindən asılılığın olmaması olacaq. Bu isə Çinin WeChat-ına oxşayır. Buranın isə artıq 1 milyard nəfərdən çox istifadəçisi var, lakin Qərbdə isə bu tətbiqin oxşarı yoxdur. Xəbərdən sonra isə sosial media platformasının səhmlərinin qiyməti 13% artıb və 47.93 dollara çatıb.

Related posts

Şərq Tərəfdaşlığı ölkələrinin İKT və kibertəhlükəsizlik assosiasiyaları arasında əməkdaşlıq imkanları müzakirə edilib

Smartfon bazarı süni intellektin təsiri ilə 6 faiz böyüdü

Ölkədə 2,7 milyon təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı