Elon Musk Tesla-nın səhmlərinin enməsinin səbəbini izah etməyə çalışıb

Çərşənbə axşamı elektrik mühərrikli avtomobil istehsalçısı Tesla-nın səhmləri 8% enib və 52 həftənin yeni ən aşağı nəticəsinə, hər səhminə görə 138 dollara çatıb. Kompaniyanın CEO-su Elon Musk isə məsələ ilə bağlı makroiqtisadi faktorları günahlandırmağa çalışıb.

BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, üstəlik, Tesla Çində satışları artırmaq üçün endirimlər təklif edir və Texas və Almaniyada isə yeni zavodlarının effektivliyini artırmaq üçün mübarizə aparır.

Şirkət təchizat problemi və Avropada enerji qiymətlərinin artması problemi ilə üz-üzədir. 

Musk-ın 2022-ci ilin aprelindən Twitter-i alacağı ilə bağlı planlarını açıqladıqdan sonra, Tesla-nın səhmləri digər nəhəng avtomobil istehsalçılarının səhmlərinin qiyməti ilə müqayisədə kəskin enib. Bu tarixdən etibarən Tesla-nın səhmləri 59% enib, Ford-da isə bu 26%, GM üçün isə 12% olub. S&P 500 səhm bazarı isə 14% enib. 

Related posts

Smartfon bazarı süni intellektin təsiri ilə 6 faiz böyüdü

Ölkədə 2,7 milyon təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin olunub

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı