Əmək müqavilələrinin sayı 7,2 min müqavilə artaraq 1 mln. 816 min olub

Məşğulluq imkanlarının artırılması, qeyri-rəsmi məşğulluğun leqallaşdırılması istiqamətində görülən kompleks tədbirlər nəticəsində əmək müqavilələrinin sayında artım dinamikası davam edir.

2024-cü ilin yanvar ayında ölkəmizdə əmək müqavilələrinin sayı 7,2 min müqavilə və ya 0,4 faiz artaraq 1 mln. 816 min olub.

Əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunda da davamlı artımla nəticələnir. Bu ilin ilk ayında əməkhaqqı fondunda daha 0,9 faiz artım qeydə alınıb.

Ümumilikdə 2018-2023-cü illərdə əmək müqavilələrinin sayında 38 faiz, əməkhaqqı fondunda 2,7 dəfə artım baş verib.

Related posts

DSMF-nin xərcləri 14 faiz və ya 410 mln. manat artaraq 3 mlrd. 419 mln. manat təşkil edib

Bu ilin birinci yarısında KOB evlərində sahibkarlara 200 mindən çox xidmət göstərilib

ARDNF-nin aktivləri 3,4% artaraq 58 000,6 milyon ABŞ dolları təşkil etdi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı