Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə bu ilin 7 ayında 10 milyon 350 min müraciət qeydə alınıb - BBN

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə bu ilin 7 ayında 10 milyon 350 min müraciət qeydə alınıb

Bu ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə elektron xidmətlərə 10 milyon 350 min müraciət qeydə alınıb.

Hazırda Nazirliyin 153 xidmətindən 140-dan və ya 90 faizdən çoxu e-qaydada təqdim edilir. Həmçinin digər qurumların informasiya bazaları ilə inteqrasiya prosesi təmin olunur.

Cari ilin 7 ayında Nazirliyin mərkəzləşmiş informasiya sistemlərinə həmin qurumlardan daxil olan sorğu sayı 146 milyon olub.

Son illərin mühüm rəqəmsal sosial nailiyyətlərindən olan e-sosial internet portalından isə yanvar-iyul aylarında 4 milyon 537,4 min dəfə istifadə olunub.

Related posts

“AzerGold” QSC-nin təsis edilməsindən 11 il ötür

Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə təqdim olunur

Fevralda Səyyar ASAN-ın xidmət göstərəcəyi ünvanlar

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı