Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə bu il 260 minədək e-arayış verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrinə dair elektron arayış xidmətləri vasitəsilə bu il 260 minədək e-arayış verilib.

Onların böyük hissəsi iş yerinə, pensiya, müavinət və təqaüd, əlillik, məşğulluğa dair arayışlar olub.

Son 5 ildə əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya və s. sahələr üzrə geniş elektronlaşma proqramı çərçivəsində Nazirliyin 31 e-arayış xidməti də istifadəyə verilib.

Həmin e-xidmətlər vətəndaşlara iş yerinə və əlilliyə dair,  pensiya, müavinət, təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə e-qaydada arayış əldə etmələrinə imkan yaradıb.

Related posts

ƏMAS-da “İşədüzəlmədə vasitəçilik” modulu istifadəyə verilib

Sosial Xidmət Xəritəsi istifadəyə verilib

Bank Respublika “ASAN Məktub” proqramı çərçivəsində uşaqların arzularını gerçəkləşdirdi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı