“Əmək və Məşğulluq” altsistemi daha bir beynəlxalq müsabiqədə qalib oldu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) Beynəlxalq Məlumat Korporasiyasının (IDC) “The IDC Future Enterprise Awards” müsabiqəsində “Güvənli gələcəyin ən yaxşısı” kateqoriyası üzrə qalib seçilib.

Münsiflər heyəti ƏMAS barədə təqdim olunmuş məlumatları təhlil edərək bu e-sistemi rəqəmsal etibarlılıqda ən yüksək standartlara cavab verən sistem kimi qiymətləndirib. ƏMAS-ın hökumət və vətəndaş cəmiyyəti institutları, özəl sektor və vətəndaşlar üçün uğurlu bir layihə olduğu xüsusi vurğulanıb.

“The IDC Future Enterprise Awards” müsabiqəsi rəqəmsal strategiyalar üzrə ən yaxşı təcrübələri bölüşmək, davamlı rəqəmsal həllərin tapılmasına yardımçı olmaq, güvənli e-layihələri önə çıxarmaq məqsədi daşıyır.

Müsabiqəyə İsveç, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İsveçrə və Türkiyə də daxil olmaqla bir çox ölkələrdən 600-dən çox layihə təqdim edilib, onlardan 19-u, o cümlədən ƏMAS qaliblər siyahısında yer alıb.

Xatırladaq ki, 2022-ci ildə istifadəyə verilmiş “Əmək və Məşğulluq” altsistemi ötən il BMT-nin “Cənub-Cənub” əməkdaşlığı platformasında uğurlu innovativ həllərdən biri kimi təqdim edilib.

Beynəlxalq Telekommunikasiya İttifaqının “Ümumdünya İnformasiya Cəmiyyəti Sammiti Forumu – 2023”-də isə ƏMAS “Çempion layihə” seçilib.

Related posts

Rusiya Nəqliyyat Universiteti Azərbaycan vətəndaşları üçün təhsil təqaüd proqramı elan edir

Serbiya ilə enerji əməkdaşlığının inkişafı müzakirə olunub

Kriptovalyutaların son 24 saatda qiymətləri necə dəyişib?

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı