Əmanətlərin 68,3 faizi milli valyutada qoyulub

Mərkəzi Bankın məlumatına görə əhalinin banklardakı əmanətlərinin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz artaraq 2025-ci il oktyabr ayının 1-nə milli valyuta ekvivalentində 15 milyard 794,8 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əmanətlərin 68,3 faizi milli, 31,7 faizi xarici valyutada qoyulub, milli valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,4 faiz, xarici valyutada olan əmanətlərin məbləği isə 3,9 faiz artıb.

Azərtac

Related posts

Azərbaycandan ABŞ-yə pul köçürmələri 11 mln. dollaradək artıb

“Unibank”ın İdarə Heyətinə yeni təyinat olub

Yapon yeni zəif ticarət şəraitində möhkəmlənib: müdaxilə ehtimalı bazarı ehtiyatlandırır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı