Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Əmanətlərin Sığortalanması Fondu “Bank of Azerbaijan”ın kreditorlarına müraciət edib - BBN

Əmanətlərin Sığortalanması Fondu “Bank of Azerbaijan”ın kreditorlarına müraciət edib

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin kreditorlarına müraciət edib.

Fonddan bildirilib ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82.1.5-ci maddəsinə əsasən bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əməkhaqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri üzrə ödəniş mayın 29-dan etibarən başlanacaqdır.

Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcəkdir. Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fonduna müvafiq sənədləri (bank rekvizitləri əlavə edilməklə) təqdim etməklə müraciət etsinlər.

Ünvan: Bakı şəhəri, Babək prospekti 16, ƏSF-nin inzibati binası.

Qaynar xətt əlaqə nömrəsi: 941

Related posts

Azərbaycan Mərkəzi Bankı: Sürətli pul köçürmələri ilə banklara daxilolmalar artıb

Azərbaycan Mərkəzi Bankı: Bank sektorunun xalis mənfəəti 189,7 milyon manatı ötüb

Azərbaycan Mərkəzi Bankı: Bank sektorunun aktivləri 57,1 milyard manatı ötüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı