Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrində dəyişiklik edilib

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, 30 iyul 2007-ci il tarixdə Fonda üzv olan “Muğan Bank” ASC “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və banka verilmiş şəhadətnamə ləğv edilib.

Fonddan BBN.az-a bildirilib ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və 61.1-ci maddələrinə əsasən “Muğan Bank” ASC-nin lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv olunub, banka müvəqqəti inzibatçı təyin edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.

Əmanətlərin Sığortalanması Fondu “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən iştirakçı bankların 20 oktyabr 2023-cü il tarixinə olan reyestrini ictimaiyyətin diqqətinə çatdırır:

Reyestrə daxil olma tarixi Bankın adı
1 30.07.07 ASC “XALQ” Bankı
2 30.07.07 “Azərbaycan Beynəlxalq Bankı” ASC
3 30.07.07 “ACCESSBANK” QSC
4 30.07.07 Melli İran Bankı Bakı filialı
5 30.07.07 “Azər-Türk Bank” ASC
6 30.07.07 “Bank of Baku” ASC
7 30.07.07 “Bank Respublika” ASC
8 30.07.07 “Kapital Bank” ASC
9 30.07.07 “YELO BANK” ASC
10 30.07.07 “Rabitəbank” ASC
11 30.07.07 “TURANBANK” ASC
12 30.07.07 “UNİBANK” KB ASC
13 30.07.07 Yapı Kredi Bank Azərbaycan QSC
14 07.08.07 “Expressbank”ASC
15 10.09.07 “Azərbaycan Sənaye Bankı” ASC
16 04.12.07 “Bank Avrasiya” ASC
17 04.12.07 “Paşa Bank” ASC
18 29.08.08 “Naxçıvanbank” ASC
19 16.01.09 “AFB BANK”ASC
20 26.02.09 BANK VTB (AZƏRBAYCAN) ASC
21 28.04.09 PREMIUM BANK ASC
22 15.04.10 Bank “BTB” ASC
23 15.05.15 “Ziraat Bank Azərbaycan” ASC

Related posts

Azərbaycan Respublikası Mərkəzi Bankı ölkə assosiasiyaları ilə görüş keçirmişdir

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC–nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

TuranBank ağacəkmə aksiyası təşkil edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı