Əmanətlərin Sığortalanması Fondunun mənfəəti 107 mln. manatı ötüb

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) 2021 və 2022-ci illər üzrə maliyyə hesabatlarını açıqlayıb.

BBN.az xəbər verir ki, Fond 2021-ci ili 104,5 milyon manat, 2022-ci ili isə 107,1 milyon manat xalis mənfəətlə bitirib. Başqa sözlə, 2022-ci ildə Fondun xalis mənfəəti əvvəlki ilə nisbətən 2,5% artıb.

Hesabat dövründə, Fondun sığorta premiyaları 64,3 milyon manat (2021-ci ilə nisbətən 30,6% çox), faiz gəlirləri 3,3 milyon manat (2,1 dəfə çox), banklara ödənilmiş kompensasiyaların geri qaytarılması üzrə vəsaitlər 45,2 milyon manat (10% az), sair gəlirlər isə 3,5 milyon manat (56,8% az) təşkil edib.

2022-ci il üzrə ƏSF-nin cəmi aktivləri 566,5 milyon manat olub ki, bu da 2021-ci ilə nisbətən 14,1% çoxdur. 2021-ci il üzrə bu rəqəm 496,8 milyon manat təşkil edib. Bu dövrdə Fondun cəmi öhəlikləri isə 2021-ci ildəki 330,6 milyon manatdan 293,1 milyon manata (11,2% azalın) enib. ƏSF-nin cəmi kapitalı 2022-ci ildə 273,4 milyon manata bərabər olub ki, bu əvvəlki ilə nisbətən 64,5% çoxdur.

2021-ci ildə Fondun cəmi kapitalı 166,3 milyon manat təşkil edib.

 

Related posts

VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb

Azərbaycan Kredit Bürosu ad gününü qeyd edir

Azərbaycanda Qərb Sənaye Parkı yaradılır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı