Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ƏMAS-da “İşədüzəlmədə vasitəçilik” modulu istifadəyə verilib - BBN

ƏMAS-da “İşədüzəlmədə vasitəçilik” modulu istifadəyə verilib

İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə dair vahid informasiya bazasının formalaşdırılması məqsədilə “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) “İşədüzəlmədə vasitəçilik” modulu istifadəyə verilib.

BBN.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Məlumata görə, işədüzəlmədə vasitəçilik fəaliyyəti göstərən hüquqi şəxslər yeni modul vasitəsilə öz fəaliyyətlərinə dair məlumatları, habelə onlara iş üçün müraciət edən və işlə təmin edilən şəxslərin sayını nazirliyə elektron qaydada təqdim edəcəklər.

Yeni modulun tətbiqi məlumatların operativ və sistemli şəkildə təqdim olunmasına, bu sahədə şəffaflığın artırılmasına, həmçinin kağız daşıyıcılar və əlavə yazışmalar olmadan elektron mühitdə hesabatlılığın təmin edilməsinə xidmət edir.

Qeyd olunub ki, hüquqi şəxslər Dövlət Məşğulluq Agentliyinin rəsmi internet səhifəsində yerləşdirilmiş reyestrlər bölməsi vasitəsilə də ƏMAS-ın bu xidmətinə keçid edərək ondan istifadə edə bilərlər.

Related posts

Daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

“ASAN xidmət” “Gələcək üçün bacarıqlar” layihəsinin əhatə dairəsini genişləndirir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı