Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Embafinans” QSC-nin istiqrazları Bakı Fond Birjasında listinqə daxil olmuşdur - BBN

“Embafinans” QSC-nin istiqrazları Bakı Fond Birjasında listinqə daxil olmuşdur

18 oktyabr 2021-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Embafinans” QSC -nin ümumi dəyəri 3 000 000 (üç milyon)  manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır. Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya şirkəti” QSC-dir.

Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya şirkəti” QSC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

 İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİNİstiqrazların növü və formasıİstiqrazların sayıNominal Dəyəriİllik faiz dərəcəsiTədavül müddətiKupon faizlərinin ödəniş müddəti
AZ2009020606Faizli təmin edilməmiş sənədsiz adlı3,000 (ədəd)1,000 manat10 %3 ilHər 1 (bir) təqvim ilindən bir

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.

Related posts

Bankın adının yuxarı şikayət indeksində olması onun bağlanacağı deməkdir?

Qlobal Bazarlarda “Qırmızı Tufan”: Neft və Qaz Sıçrayır, Səhmlər Çökür!

Yaponiya Bankından İnflyasiya Xəbərdarlığı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı