Əmlak Məsələləri Dövlət Xidməti büdcəyə ödəmələri 24% artırıb

Bu ilin yanvar-fevral aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dövlət büdcəsinə ötən ilin eyni dövrü ilə müqayisədə 24,2% çox – 25,7 milyon manat vəsait köçürüb.

BBN.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə 2 aylıq ödənişin 18,6 milyon manatı özəlləşdirmə (26% çox), 7,1 milyon manatı isə icarə (21% çox) hesabına təmin edilib.

Hesabat dövründə Dövlət Xidməti 10 özəlləşdirmə hərracı keçirib. Həmin hərraclarda 3 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi, 98 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılmış dövlət əmlakları üzrə 119 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 17 onlayn qoşulma reallaşıb.

Ötən 2 ayda 453 yeni icarə müqaviləsi bağlanılıb. İcarə müqavilələrindən 78-i qeyri-yaşayış, 375-i isə torpaq sahələrinə aid olub.

Related posts

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin əhaliyə birgə müraciəti

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı