EMTA fəaliyyət istiqamətlərinə dair 2024-cü ilin I rübü üzrə nəticələri açıqlayıb

Cari ilin I rübü ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (EMTA) bilavasitə və Energetika Nazirliyindən 1770 müraciət daxil olub. Elektrik enerjisi təchizatı ilə bağlı 161-i məlumat üçün olmaqla 1444 müraciət edilib. Təbii qaz təchizatı ilə bağlı 29-u məlumat xarakterli olmaqla 260 müraciət olunub. İstilik təchizatı ilə bağlı 2-si məlumat üçün olmaqla cəmi 42 müraciət edilib. Digər məsələlərlə bağlı isə 5-i məlumat üçün olmaqla 24 müraciət göndərilib.

Müraciətlərdən 1183-ü Agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (18 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib), 2 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 388 müraciət hazırda baxılma prosesindədir, 197 məlumat xarakterli müraciətdən 100-ü qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.

Bununla yanaşı, yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən 29 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib. 61 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib.

Eyni zamanda, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 57 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib.

Agentliyin səlahiyyətlərinə aid olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 35 inzibati xəta haqqında işə baxılıb, onlardan 33 iş üzrə inzibati tənbeh vermə haqqında qərar, 2 iş üzrə isə icraata xitam verilməsi barədə qərar qəbul olunub.

Həmçinin, elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 295 nəzarət tədbiri keçirilib. İstilik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və istilik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 5 nəzarət tədbiri keçirilib. Qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədilə 243 nəzarət tədbiri keçirilib.

15 “ASAN xidmət”, 3 “ASAN Kommunal” mərkəzi və 3 KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralara sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı daxil olan 647 müraciət qəbul edilərək icra olunub.

Agentlik tərəfindən hesabat dövrü ərzində 64 müəssisədə 143 nəfər olmaqla elektrotexniki heyətin və elektrik təsərrüfatlarına cavabdeh şəxslərin texniki istismar, təhlükəsizlik texnikası qaydaları üzrə peşə bilikləri yoxlanılıb, yoxlama nəticəsində biliklərin artırılması üzrə təkliflər verilib, bu istiqamətdə müvafiq şəxslərə metodiki yardım göstərilib.

Related posts

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Birinci yarımildə Energetika Nazirliyi və tabeli qurumlara 4167 müraciət daxil olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı