EMTA-nın İdarə Heyətinin sədri Dünya Bankının nümayəndə heyəti ilə görüşüb

Yanvarın 10-da Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov Dünya Bankının enerji məsələləri üzrə baş mütəxəssisi  Rojer Koma Kunilin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı Agentliyin fəaliyyəti, Azərbaycanda energetika sahəsi üzrə mövcud normativ hüquqi aktlar, eləcə də tarif metodologiyası barədə məlumat verilib.

Eyni zamanda, görüşdə sözügedən sahədə investisiya imkanları, həmçinin ölkədə bərpaolunan enerji ilə bağlı yeni layihələr üzrə investisiya imkanları, elektrik enerji şəbəkəsinin gücləndirilməsi, Dünya Bankı ilə mümkün əməkdaşlıq məsələləri müzakirə edilib.

Related posts

Dünya bazarlarında neftin qiyməti bahalaşıb

“Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilmişdir

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüş keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı