Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Energetika naziri Ağ Evdə ABŞ Prezidentinin köməkçisi ilə görüşüb - BBN

Energetika naziri Ağ Evdə ABŞ Prezidentinin köməkçisi ilə görüşüb

Energetika naziri Pərviz Şahbazovun Ağ Evdə ABŞ Prezidentinin xüsusi məsələlər  üzrə köməkçisi, Milli Təhlükəsizlik Şurasının (Ağ Ev) iqlim və enerji üzrə baş direktoru Sarah Ladislav ilə  görüşü olub.

Görüşdə Azərbaycan-ABŞ münasibətlərində regional və beynəlxalq əhəmiyyətli enerji təhlükəsiziliyi layihələrinin həyata keçirilməsi üzrə uzunmüddətli əməkdaşlığın əhəmiyyətindən, mürəkkəb enerji böhranı dövründə Cənub Qaz Dəhlizinin rolundan danışılıb. Bildirilib ki, üç il ərzində Cənub Qaz Dəhlizi Avropanı 31 milyard kubmetrdən çox təbii qazla təchiz edib. Hazırda dəhlizin genişləndirilməsi və Avropaya tədarükün artırılması Azərbaycanın səyləri ilə həyata keçirilir. Həmçinin Azərbaycanın zəngin  bərpa olunan enerji potensialının ölkənin enerji keçidinə və Avropanın enerji təchizatını şaxələndirməyə yönəltdiyi qeyd olunub. Bu xüsusda, “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi layihəsindən bəhs edilib və görülən işlər diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “yaşıl enerji”nin inkişafına güclü dəstək var. Azərbaycanın COP29-a sədrliyi də məhz yaşıl enerji, iqlim gündəliyinə və dekarbonizasiya planlarına sadiqliyini əks etdirir.

Görüşdə COP29-a ev sahibliyi dövründə Azərbaycanın milli və qlobal səviyyədə enerji keçidi,  iqlim maliyyələşməsi üzrə prosesə mümkün töhfələri, metan emissiyalarının azaldılması ilə bağlı siyasət və planlarına dair fikir mübadiləsi aparılıb. Enerji təhlükəsizliyi və iqlim hədəflərinin uzlaşdırılması məqsədilə Azərbaycan-ABŞ əməkdaşlıq dialoqunun aparılması razılaşdırılıb.

Related posts

DGK yanında İctimai Şuranın ilk iclası keçirilib

ABA-nın “İnsan resurslarının idarə edilməsi üzrə Ekspert Qrupu”nun Macarıstan səfəri başa çatmışdır

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı