Energetika naziri BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb

Əbu-Dabidə energetika naziri Pərviz Şahbazovla Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir arasında görüş olub.

Görüşdə hər iki ölkə prezidentlərinin Azərbaycan və BƏƏ arasında dost, qardaş və tərəfdaş əlaqələrinin dərinləşməsinə, əməkdaşlığın hərtərəfli inkişafına xüsusi əhəmiyyət verdiyi qeyd olunub. Azərbaycanın “yaşıl enerji” gündəliyinin icrasında BƏƏ ilə əməkdaşlığın strateji rolundan bəhs edilib. “Masdar” şirkəti ilə mərhələli şəkildə quruda və dənizdə 10 QVt “yaşıl enerji” layihələrinin həyata keçirilməsi çərçivəsində bu il 1 QVt gücündə iki günəş və bir külək elektrik stansiyasının təməlinin qoyulacağı bildirilib, yeni istehsal güclərinin yaradılması, həmçinin elektrik enerjisinin ötürülməsi layihələri üzrə proseslərin sürətləndirilməsi razılaşdırılıb.

Söhbət zamanı ADNOC şirkəti ilə “Abşeron Faza I” layihəsi, hər iki ölkənin apstrim sektorunda əməkdaşlığın genişləndirilməsi, həmçinin COP29 tədbirinə hazırlıq və bu xüsusda intensiv əlaqələrlə bağlı da müzakirələr aparılıb. BƏƏ-nin Azərbaycanla səmərəli nəticələrə hədəflənən enerji tərəfdaşlığının inkişafına, eləcə də ölkəmizə COP29-a sədrliyi zamanı dəstəyi ifadə edilib.

Related posts

Mərkəzi Bankın sədr müavini Azərbaycan Banklar Assosiasiyası və kommersiya banklarının rəhbər şəxsləri ilə görüşüb

Ruanda nümayəndə heyəti “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub

Sahibkarlarla görüş keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı